Üçüncü şəxslər qarşısında məsuliyyət
ASC “Standard Insurance” sığorta şirkəti istehsalatla məşğul olan müəssisələr üçün xüsusi olaraq istehsalçının məsuliyyət sığortasını təklif edir. İstehsal olunan və ya realizə olunan məhsula dəyən zərərin ödənməsi, hər hansı bir şirkətin maliyyə sabitliyinə zərbə vura bilər, müəssisələrin əsas fəaliyyətindən pul vəsaitlərini uzaqlaşdıra bilər və hətta müəssisənin ümumiyyətlə mövcudluğuna təhlükə yarada bilər. Bu növ risklərin neytrallaşdırılmasının optimal üsulu, istehsal olunan və ya realizə edilən məhsulun vura biləcəyi zərərin ödənməsində məsuliyyət sığortasıdır. Bu halda sığortanın obyekti, istehlakçıya müəssisə tərəfindən hazırlanan və ya satılan məhsulların və və istifadəsi nəticəsində vurulan maddi ziyanın məsuliyyəti və ya istehlakçının həyatı və sağlamlığına dəyən zərərə qarşı məsuliyyətdir.
Sığortanın bu növü üzrə aşağıdakılar ödənilir:
-istehlakçıya vurulan maddi ziyan.
-Sağlamlığı bərpa etmək üçün lazım olan xərclər.
-Zərərçəkmiş şəxsin həyatı və sağlamlığına dəyən zərərlə bağlı digər xərclər.
-Məhkəmə xərcləri.
-Hüquqi köməklə bağlı, o cümlədən vəkillərə qonorarların ödənməsi də daxil olan xərclər.
Əvvələ qayıt Peşəkar məsuliyyət
Bu növ sığorta notarius, auditor, depozitarilər, tibb işçiləri, qiymətləndiricilər, rieltor və gömrük brokerləri üçün nəzərdə tutulub. Azərbaycan Respublikasının qanunvericilyinə müvafiq olaraq vətəndaşlar, yuxarıda adı çəkilən peşə sahibləri nümayəndələrinin günahı üzündən dəyən zərərin maddi şəkildə ödənməsini təmin etmək üçün iddia qaldırmağa hüquqları çatır. Müştərilərin bu mütəxəssislərin peşəkar səhvləri ucbatından zərər çəkmələri nəticəsində onlara qarşı maddi tələblərin qaldırılması səbəbindən heç də az olmayan vəsaitlər ödəməsi barədə çoxlu hadisələr məlumdur. Heç kəs səhvdən sığortalanmayıb. Buna görə də ASC “Standard Insurance” Sizin peşəkar məsuliyyətinizi üçüncü şəxslər qarşısında sığortalamağı təklif edir, belə olan halda Sizin mümkün səhvlərinizin cavabını sığorta şirkəti verəcək.
Əvvələ qayıt İşəgötürənin məsuliyyətinin sığortalanması
Hər hansı bir təsərrüfat fəaliyyəti işçilərin əmək məşğuliyyəti prosesində həyat və sağlamlığına zərərverəcək risklə sıx surətdə bağlıdır. Azərbaycan Respublikası mövcud qanunvericiliyinə müvafiq olaraq, iş təklif edən tərəf işçilərinə öz peşəkar məşğuliyyətləri zamanı həyatlarına və sağlamlığına ziyan dəyərsə, onlara dəyən zərəri ödəməlidir.
Sizin tərəfinizdən işçilərə dəyən zərəri ödəmək üçün lazım olan xərclərdən ən etibarlı və effektiv üsulla müdafiə işəgötürən tərəfin məsuliyyət sığortasıdır. İşəgötürən tərəfin məsuliyyətinin sığortası müqaviləsi Sizə işçilərə dəyən zərər ödəmə xərcləri minimuma endirmək üçün real imkan yaradır.
Beləliklə, öz məsulyyətinizi sığortalamaqla Siz sığorta hadisəsi təfərrüatının aydınlaşdırılması, dəyən zərərin miqdarının muəyyən edilməsi, həmçinin məhkəmə araşdırmaları ilə bağlı xərcləri sığorta şrkətinin öhdəsinə buraxırsınız.
Sığortalı kim ola bilər?
Azərbaycan Respublikası qanunvericiliyinə əsasən işçiləri təsərrüfat fəaliyyətinə cəlb edən hər hansı bir iş təklif edən tərəf, işəgötürən tərəfin məsuliyyətini sığorta müqaviləsinə əsasən sığortalı ola bilər.
Sığorta predmeti nədir?
İşəgötürən tərəfin maraqlarının qanunvericilik tərəfindən təsbit edilmiş məsuliyyəti nəticəsində ona dəyən zərərin müdafiəsi sığorta predmetidir. Həmçinin özlərinin peşəkar məşğuliyyətlərini yerinə yetirdikləri prosesdə işəgötürən tərəfin işçilərinin bədən xəsarəti aldıqları ilə bağlı dəyən ziyanın aradan qaldırılmasında iş təklif edən tərəfin maraqlarının qorunmasıdır.
Sığorta riski
İşçilərin həyatına və sağlamlığına (ölüm, müvəqqəti və ya daimi əmək qabiliyyətini itirmə, peşəkar xəstəlklər) dəyən zərər-fiziki zərərdir.
Sığorta ödənişi zərərçəkən işçiyə (onun vərəsələrinə) ödənlir.
Sığorta məbləği
Sığorta məbləği tərəflər arasında olan razılığa əsasən təyin olunur. Sığorta müqaviləsi imzalanarkən hər bir sığortalanmış işçiyə və hər bir sığorta hadisəsinə maksimal şəkildə sığorta məbləğinin ödənişi təyin edilir.
Sığortaçı sığorta müqaviləsinə əsasən sığorta məbləği limiti çərçivəsində məsuliyyət daşıyır.
Şərtsiz azadolma
Adətən bütün sığorta müqavilələrində şərtsiz azadolma sığortalı tərəfindən zərərin ödənməyən bir hissəsi nəzərdə tutulur. Şərtsiz azadolma sığorta məbləğinin faizi və ya pul məbləği şəklində təyin olunur. Şərtsiz azadolma zərərin ödənməsi qaydasını sadələşdirməyə və tarif stavkalarını azaltmağa kömək edir.
Sığorta tarifləri və sığorta haqqı
Sığorta tarifləri onun fəaliyyət xüsusiyyətlərindən və riskin dərəcəsinin təyin olunmasında nəzərəçarpacaq əhəmiyyət kəsb edən digər faktorlardan asılı olaraq təyin edilir.
Sığortanın dəyəri (və ya sığorta haqqı mükafat) sığortaçı tərəfindən təyin edilmiş tarif stavkaları əsasında müəyyən edilir. Tarif hər bir müştəri üçün fərdi olaraq təyin edilir və sığortalının fəaliyyət xüsusiyyətlərindən və riskin dərəcəsini müəyyən olunmasında nəzərəçarpacaq əhəmiyyət kəsb edən digər faktorlardan asılıdır, həmçinin tarif, sığorta müddətindən, məsuliyyət limitindən, şərtsiz azadolma miqdarından asılı olaraq müəyyən edilir.
Əvvələ qayıt Mülki məsuliyyətin sığortalanması
Gündəlik həyat, hər hansı bir fəaliyyət o cümlədən peşəkar fəaliyyət bədbəxt hadisələr və gözlənilməz hadisələrin riskini özündə daşıyır ki, bunun nəticəsində də hər birimiz üçüncü şəxslərin həyatına, sağlamlığına və ya əmlakına dəyə biləcək zərərin səbəbkarı ola bilərik.
«Heç kəs bədbəxt hadisələrdən sığortalanmayıb» kimi geniş yayılmış bir ifadə hamımıza yaxşı məlumdur.
Bəs belə olan halda özünüzü belə risklərdən necə müdafiə edebilərsiniz? Axı qanunvericiliyə uyğun olaraq həm fiziki, həm də hüquqi şəxslərin həyatı, sağlamlığı və əmlakına dəyən zərər bu zərərin səbəbi olmuş şəxs tərəfindən tam şəkildə ödənməlidir.
Hər şey çox sadədir! Sizin tərəfinizdən bilməyərəkdən vurulmuş ziyanın ödənilməsi ilə bağlı bütün problemlər mülki məsuliyyət sığortası tərəfindən tam şəkildə həll edilir. ASC “Standard Insurance” şirkəti ilə bağlanmış məsuliyyət sığortası Sizə həm fiziki, həm də hüquqi şəxslərə dəyən zərərin ödənilməsi xərclərini minimuma endirməkdə real imkanlar təqdim edir.
Beləliklə, öz məsuliyyətinizi sığortalamaqla Siz sığorta hadisəsinin təfərrüatının aydınlaşdırılması, zərərin miqdarının müəyyənləşdirilməsi, həmçinin məhkəmə araşdırmaları ilə bağlı bütün xərcləri sığorta şirkətinin öhdəsinə buraxırsınız.
Sığortalı kim ola bilər?
Hər hansı bir hüquqi və fiziki şəxs ümumi mülki məsuliyyət sığortası üzrə müqaviləyə əsasən sığortalı ola bilər.
Sığortanın predmeti nədir?
Sığortanın predmeti, sığortalının əmlak maraqları, onun qanunvericiliklə müəyyən edilmiş qaydada üçüncü şəxslərin həyatı, sağlamlığı və əmlakına dəyən ziyanın ödənilməsi ilə bağlı öhdəlikləridir.
Sığorta riski
Fiziki şəxslərin həyatına və sağlamlığına (ölüm, müvəqqəti və ya daimi əmək qabilyyətini itirmə, digər şikəstliklər) dəyən zərər-fiziki zərərdir.
Sığorta məbləği
Sığorta məbləği tərəflər arasında olan razılığa əsasən təyin olunur. Sığorta müqaviləsi imzalanarkən hər bir sığorta hadisəsi maksimal şəkildə sığorta məbləğinin ödənişini təmin edilir. Sığortaçı sığorta müqaviləsinə əsasən sığorta məbləği /limiti çərçivəsində məsuliyyət daşıyır.
Şərtsiz azadolma
Adətən bütün sığorta müqavilələrində şərtsiz azadolma sığortalı tərəfindən zərərin ödənməyən bir hissəsi nəzərdə tutulur.
Şərtsiz azadolma sığorta məbləğinin faiziki və ya pul məbləği şəklində təyin olunur. Şərtsiz azadolma zərərin ödənməsi qaydasını sadələşdirmək və tarif stavkalarını azaltmağa kömək edir.
Sığorta tarifləri və sığorta haqqı (Mükafat)
Sığorta dəyəri (və ya sığorta haqqı (Mükafat) sığortaçı tərəfindən təyin edilmiş tarif stavkalarına əsasən müəyyən edilir.
Tarif hər bir müştəri üçün fərdi olaraq təyin edilir və sığortalının fəaliyyət xüsusiyyətlərindən və riskin dərəcəsinin müəyyən edilməsində nəzərəçarpacaq əhəmiyyət kəsb edən digər faktorlardan asılıdır, həmçinin sığorta müddətindən, məsuliyyət limitindən, şərtsiz azadolma miqdarından asılı olaraq müəyyən edilir.
Sığorta haqqı/mükafat sığorta müqaviləsinə əsasən sığorta məbləğinin həcmi və müəyyən edilmiş tarif stavkalarından çıxış edilərək hesablanır.
Harada sığortalanmalı?
Bizə zəng vurmaq kifayətdir. Biz nə ilə fərqlənirik:
- fərdi yanaşma
- sürət
- peşəkarlıq
- tarif stavkalarının elastikliyi
Biz daim sizin mülkiyyətinizin və maraqlarınızın kompleks şəkildə müdafiəsini, Sizin üçün optimal olacaq qiyməti seçə bilərik.
Daha ətraflı məlumatı bu telefonlarla əldə edə bilərsiniz (+99412) 497-37-60, (+99450) 2257515.
Bizim ünvan: Şəmsi Bədəlbəyli küçəsi 94. Respublika Sarayı kassaları ilə üzbəüz.
Bizim şirkət həmçinin aşağıdakı məsulliyət sığortası növlərini təklif edir:
- peşəkar məsuliyyət sığortası.
- məhsul istehsalçısı məsuliyyətinin sığortası.
KOMMERSİYA FƏALİYYƏTİNİN ÜMUMİ MƏSULİYYƏTİNİN SIĞORTASI ÜZRƏ ƏRIZƏ FORMASI
İŞƏGÖTÜRƏNİN MƏSULİYYƏTİNİN SIĞORTASININ ANKETİ
|
|